Evdə pendir hazırla - Asan qaydası

  • 19:31 05.05.2020
  • 995
Evdə pendir hazırla - Asan qaydası

Marketlərdəki pendirlərin mənbəyi və keyfiyyətinə inam gündən-günə itir. Ona görə artıq xanımlar evdə özləri pendir hazırlamaq yollarını axtarır.

Evsayağı pendirin reseptini təqdim edirik

Lazımdır:

Süd -1 litr
Xama - 300 qr
duz - 1 ç.q
yumurta -3 ədəd

Hazırlanması:

Südü qaynara qoyub, duz qatırsız. Ayrıca xama ilə yumurtaları çalın. Süd qaynara düşən kimi, bu xamalı qarışımı əlavə edib, dam qarışdırmaqla 5 dəqiqə bişirin.
 
Elə ki, südlü xama zərdabından ayrıldı, oddan götürüb, süzgəcdən keçirin. Suyu tam süzülür, qalan kütləyə pendir kimi forma verib, bərkidin və soyuducuya qoyun. 1-2 saatdan sonra yeməyə hazırdır.