Alaq otundan ləzzətli salat və turşu

  • 20:16 29.07.2020
  • 1147
Alaq otundan ləzzətli salat və turşu

Xüsusən həyətyanı sahələrdə və bağlarda alaq otu kimi yayılan pərpətöyündən yay üçün ləzzətli salat, qış üçün isə dadlı turşu hazırlamaq mümkündür.

Salat hazırlamaq lazım olanlar
2 dəstə pərpətöyün
2 diş sarımsaq
1 kasa qatıq
Zeytun yağı
Pul bibər və duz

Hazırlama qaydası:
Pərpətöyünü yuyub suyunu süzün.Sonra yarpaqları bəndəmindən ayırın.
Sarımsaqları zeytun yağı və qatıq ilə bir qabda yaxşıca qarışdırandan sonra pərpətöyün yarpağlarının üzərinə əlavə edin.Zövqə görə pul bibər və duz əlavə etdikdən sonra salat hazırdır.

Salat üçün ayırdığınız yarpaqların bəndəmlərini atmayın onlardan asan və ucuz başa gələn  pərpətöyün turşusunda istifadə edə bilərsiz.

Bu turşunun hazırlamaq üçün ilk öncə pərpətöyünləri yaxşıca yumaq lazımdır.
Yuyarkən bir neçə dəfə suyu dəyişmək şərtdir.
Yuyulmuş pərpətöyünlərin
pörtməsi üçün 3-5 dəqiqə qaynar suda saxlamaq və sonra suyu süzmək üçün aşsüzənə yığmaq lazımdır.

Daha sonra sterilizə edilmiş bankanın içinə əvvəlcə 1-2  ədəd dəfnə yarpağı və 1-2 diş sarımsaq qoyulur.
Pörtülmüş pərpətöyünlər 5-8 sm uzunluğunda doğranır,bankalara sıx yığılır, üzərinə tərkibində 2% xörək duzu və 2% sirkə olan marinad tökülür.Sərin yerdə saxlanılır.