Səmimiyyətin məhvi

  • 14:26 19.04.2020
  • 554
Səmimiyyətin məhvi

Səmimiyyət haqqında oxuyacağınızın səbəbi var. Münasibətlərimizdə çatışmayan ən ülvi hiss SƏMİMİYYƏT hissidir.  Səmimiyyət olmasa hər hansı bir cəmiyyət inkişaf edə bilməz. Fakt odurki səmimiyyətin olmadığı həyatımızda müəyyən probləmlər yaranır. Yaşadığımız bu dönəmdə, cəmiyyətdə dostluğun pozulmasına, intihar və boşanmaların sayının  artmasına səbəb səmimiyyətin olmamasıdır. Sizə marağlı gələbilər ki, səmimiyyət hara intihar hara? Bu mövzülar təzadlı olsalarda, o qədərdə əlaqəlidirlər. Əksəriyyət, intiharı maadiyyatla əlaqələndirir. Bizə məlumdurki ,bəzi intahar edən  şəxslərin maadiyyat baxımından vəziyyətləri yaxşıdır amma niyə intihara əl atırlar? Səbəb? Təxmin etdiyimiz bu hadisənin kökündə səmimiyyət hissinin tamamilə yox olması deməkdir. İntihar eden şəxs, hər hansı yaranmış problemini səmiyyətlə bölüşəcək şəxsi tapa bilmir, və yüklənir... Cəmiyyətdə bir sıra çatışmamazlıqlara görə çıxış yolunu intiharda görür, və beləliklə cəmiyyətdə səmimiyyətin azalması bir insanın həyatına son qoyur. Daha da dərinə getsək, həmin intihar edən şəxsə görə  hamımız günahkarıq. 

Çünki biz, səmimiyyəti az olan cəmiyyətdə yaşayırıq. Boşanmalara gəldikdə sual yaranırki,  boşanma ilə səmimiyyətin nə əlaqəsi? Bu mövzular bilavasitə bir bir ilə çox yaxındırlar. Hami deyir ki sevgisiz ailə heçnədir. Bu fikirlə razı olmayada bilərik, çünki Hörmət hissi ən asas SƏMİMİYYƏT hissi olmasa ailə dağılmağa doğru gedəcək. Boşanmış ailələrdə gorürük ki, istər qadının istər kişinin bir birindən gözləntiləri çoxdur, buda həmin ailədə səmimiyyətin olmamasından və münasibətlərin zəif olduğundan xəbər verir. Amma 2019 ci ilin  7 ay ərzində boşanmaların sayından məlumdurki cəmiyyətdə normal münasibətlərin, səmimiyyətin olmaması, ailələlərə təəssüflər olsun təsir edir. İstəyim odurki ən azından oxucumuz azda olsa düşünər, heç kəs ideal olmadığı kimi hamımızda bir qüsur var. Ama yetərki həmən qüsuru vaxtında görək və səmimiliyin bizlərə nə qədər ülvi və saf münasibətlərini bəxş etməsini qaçırmayaq. Münasibətlərdə  səmimi olmaq istəyi ilə sizin səmimi dostunuz.  

Mürüvvət Əliyev

© Bakıkendleri.com