Müxtəlif yarışmalar üzrə nominasiyaların təqdimatı Reportaj

  • 16:31 31.01.2022
  • 336
Müxtəlif yarışmalar üzrə nominasiyaların təqdimatı Reportaj

İlin idman və təhsil nominasiyası-2021 adı altında Maştağada yeni layihə təşkil olundu. Bu layihə Maştağa futbolu səhifəsinin və "Hamid trainings" kurs proqramının ilk  birgə layihəsidir. Qeyd edək ki, bu nominasiya  futbol üzrə artıq beşinci, ingilis dilindən bilik yarışmaları üzrə ikinci, bütün digər idman növlərini əhatələdiyinə görə isə ilk layihədir. Layihənin özəlliyi idman; futbol, taekvando, karate, kiq-boksinq, cüdo və eyni zamanda təhsil sektorunun sintezindən ibarət olmasıdır. Layihə gəncliyin sağlam və xeyirli vərdişlərlə məşgul olması, idmana və təhsilə yönəlməsini təşviq etmək məqsədilə hər il təşkil olunun. Nominasiyalar idmanin növləri üzrə Maştağa futbolu səhifəsinin sosial şəbəkələr üzərindən səsvermələr  əsasında, futbol üzrə  futbol ictimaiyyəti arasında, bilik yarışları isə test-olimpiada tipli yarışlar əsasında müəyyən olunub. 
"İdman və təhsil üzrə ilin nominasiyası-2021" layihəsi hər dəfə  böyük marağa səbəb olub. Layihəyə Bakı şəhər Mədəniyyət baş idarəsi H.Abbasov adına Mədəniyyət Mərkəzi, AFFA və bələdiyyə əməkdaşları, müxtəlif idman klubları, qəsəbə ziyalıları dəstək oldular.