10 mart milli teatr günü münasibəti ilə, Bakı şəhər Baş Mədəniyyət İdarəsi H. Abbasov adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə M.F.Axundzadənin əsərləri əsasında "Şeytanın misafirləri" adlı pyes təqdim edildi.Tamaşa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti üzrə ikinci kurs TKA "B" qrupunun tələbələrinin iştirakı və kurs rəhbəri, əməkdar artist Yaqut Paşayevanən rəhbərliyi ilə səhnələşdirildi. Tamaşa nümayişini Maştağa qəsəbəsinin məktəblərinin müəllim və şagird kollektivləri izlədi.