Bugün Maştağada H.Abbasov adına Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən xalq teatrı Novruz adətlərini özündə əks etdirən "Keçəlin toyu" adlı musiqili tamaşasını nümayiş etdi. Tamaşanın müəllifi Rəhman Əlizadə, rejissoru Lalə Hadiyeva, rəssam və musiqi tərtibatçısı Rəşad Yaqubov, həvəskar aktyorlar Paşa Ağayev, Samara Qurbanova, Sahibzaman Bağırov və başqalarının iştrakı ilə məktəb və internat şagirdlərinə o cümlədən şəhid övladlarına təqdim olundu.