Maştağa səmasında reaktiv təyyarələr.

  • 18:47 21.05.2022
  • 248
Maştağa səmasında reaktiv təyyarələr.

Səmada gördüyünüz hərbi təyyarələr məşq proqramı çərçivəsində uçuşlar edir. Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib. Bu il may ayının 26-29 tarixlərində, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Teknofest Festivalına ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcəkdir! “Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Artıq, Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib. Bu səbəbdən təşvişə heç bir səbəb yoxdur.