İzlədiyiniz video materialda Maştağa qəsəbəsinin küçələri haqqında bəhs edilir. 1 ci küçə Əbdülhəsənov Məmməd küçəsi haqqındadır. Belə ki, 1995 -cil ildə köhnə Sovet küçəsinin adı, Qarabağ şəhidi Ablasanov Məmmədin adı ilə əvəz edilib. Əbdülhəsənov yəni Ablasanov Məmməd qəzənfər oğlu 1968 -ci ilin aprel ayının 12 də Maştağada anadan olub. 1992 -ci ilin mart ayının 3-ü Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Məhəmməd Fizuli və Kərim Eldarov küçələri arasında olan Ablasanov Məmməd Küçəsinin uzunluğu 200 metrdir. 2 ci küçə Yəhya Musayev küçəsi haqqındadır. Köhnə komsomol küçəsi 1993 -cü ildən Yəhya Musayevin adını daşıyır. Tibb elmlər namizədi, həkim Yəhya Musayev, 1918 -ci ildə Maştağa anadan olub. O, Ali təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb. İkinci dünya müharibəsi zamanı qospitallarda həkim kimi xidmət etmişdir. Müharibədən sonra təhsil aldığı tibb universitetində 30 il dərs demiş və həkim olaraq çalışmışdır. Yəhya Musayev 1978-ci ildə vəfat edib, Maştağada dəfn olunmuşdur. Beş döngədən ibarət olan bu küçə Nəriman Nərimanov küçəsindən maştağa-nardaran yaşayış massivinə qədərdir. Uzunluğu isə 650 metrdir.