"YOX" olan büst Video - Fotolar

  • 14:30 21.05.2020
  • 1298
"YOX" olan büst Video - Fotolar

Buzovna, Bakının qədim kəndlərindən biridir.  Bu kənddən çıxmış elm, incəsənət və digər sahələrə aid olan ziyalılarını sakinlər hər zaman dəyərləndiriblər. Həmin şəxslərin xatirəsini əziz tutub, büstlərlə əbədiləşdiriblər.
Kəndin 206 nömrəli məktəbinin qarşısında bu büstlər bunun əyani sübutudur.
Onlardan şairlər;
Səmədzadə İsmayıl Amil
Haşım bəy Saqib
Hacı Dadaş Qaib
Məşədi Azər
Aktyor- Sidqi Ruhulla
Xalq artisti,aktrisa- Nəcibə Məlikova
və istedadlı klarnet ustası Nadir Axundovun boş qalmış büstünün yeri. 

Karantin dövründə ustadın büstü yoxa çıxıb, bəli yoxa çıxıb.
Hansı səbəbə, necə yoxa çıxması məlum deyil.
Bilinən odur ki, ifası ürəyə xoş gələn klarnet ustasının əslində büstü deyil, onun xatirəsi, musiqisi və sənəti yoxa çıxıb.
İncəsənətimizin, mədəniyyətimizin bir dəyərini yoxa çıxarıb, onu qiymətsizikən dəyərsizləşdirən naxələfə nə ad verməyi siz oxucuların ixtiyarına buraxırıq.

Biz isə bunu deyə bilərik; əməllərimiz bumeranq kimidir, o büst yerinə qayıdacaq, ama onun yoxa çıxmasının səbəbkarının mənəviyyatından itmiş saflığının qayıtmağı sual altındadır.

1

1

1

1