Ramazan ayı

  • 18:21 23.05.2020
  • 990
Ramazan ayı

Müqəddəs Ramazan ayının son günlərini yaşasaqda istərdim bu ay haqqında lap əvvəldən danışım.
İslam dininin ən bərəkətli və müqəddəs ayı olan Ramazan ərəb dilində "yandıran" və ya "yandırmaq" anlamına gəlir.Yəni bu ayda insanlar oruc tutmaqla ,ibadət etməklə öz gunahlarını yandırıb ruhən təmizlənirlər.
Oruc İslamın beş əsas əməlindən biridir.Müqəddəs Qurani Kərimdə bizə vacib olduğu kimi bizdən əvvəlkilərədə orucun vacib olduğu qeyd olunur.

Oruc tutmaq təkcə ac və susuz qalmaqdan ibarət deyil.Oruclu şəxs həmdə günahdan çəkinməli gözü harama baxmamalı, haram məkanlara getməməli,yalan və qeybət olan yerlərdən uzaq olmalı ,haram qazanmamalı,kiminsə haqqına girməməlidir.

Mehriban Allah bu ayda bizlər üçün mənəvi süfrə açır ,bağışlanmağımız üçün fürsətlər yaradır.Hətta oruclu şəxsin yuxuda keçdirdiyi zamanı da onun üçün ibadət sayır.
Bir sözlət bərəkət və bağışlanmaq ayı olan Ramazan insanları paklığa və xeyirxahlığa dəvət edir.

Bəzən isə oruc tutan bəzi insanların səbrsizlik və hövsələsizliyinin şahidi oluruq.
Ramazan ayının ən gözəl xüsusiyyətlərindən biridə elə budur insanlara öz iradələrini möhkəmləndirmək imkanı verməsi.
Bu ayda qazandığımız möhkəm iradə ilə təkcə
Ramazanda deyil bütün aylarda günahdan çəkinə bilərik
Savadlı cəmiyyət və insanlar arasında itirilmiş səmimiyyətin bərpası üçün tanrıya dua edək.

Təkcə on bir ayın sultanında deyil on iki ayın hamısında günahdan çəkinmək üçün möhkəm iradə arzulayıram.
Ramazan bayramınız mübarək!

Mürüvvət Əliyev 
© Bakikendleri.com

via GIPHY