Yeni dəmir yolu istifadəyə veriləcək VİDEO

  • 14:01 05.07.2020
  • 1334
Yeni dəmir yolu istifadəyə veriləcək VİDEO

Bildiyiniz kimi,  Abşeron Dairəvi Dəmir Yolu xətti tamamlanaraq,  istifadəyə verildi. Bu layihənin səmərəliliyi, paytaxtin nəqliyyat sisteminə artıq müsbət təsirini göstərir. Bu işlərin davamı kimi sosial tələbat nəzərə alınaraq Abşeron yarımadasında yeni istiqamətlər üzrə mühəndis axtarış işləri yerinə yetirilir. Dövlət başçısının tapşırığına əsasən işlər aparılır. Zabrat-Maştaga-Bağlar dəmir yolunda təmirlə bağlı hazırlıq işləri görülür. Bu xətt uzun müddət istifadə olunmadığından hal hazırda yolun torpaq yatağı hazırlanır. Dəmir yolunun hardan keçəcəyi, stansiyaların harda tikiləcəyi müəyyənləşdirilir. Mühəndis işləri yekunlaşdırılıb, aidiyyatı üzrə müvafiq strukturlara təqdim olunacaq. Maliyyə məsələləri həll olunduqdan sonra isə əsaslı təmir işlərinə başlanılacaq.