Qadın istərsə - məhdudiyyətlərə qalib gələr VİDEO

  • 01:06 30.07.2020
  • 152
Qadın istərsə - məhdudiyyətlərə qalib gələr VİDEO

Bu dəfə ki reportajımız 15 nəfər xüsusi qayğıya ehtiyacı olan qadınlara iş yeri yaradan Sara adlı gənc iş adamınının növbəti uğur hekayəsindən bəhs edəcək. Saranın komandası müxtəlif şirniyyatlar bişirərək onları Bakıdakı 30 şirkətə təhvil verir. Saranın məqsədi, işə ehtiyacı və xüsusi qayğıya ehtiyacı olan xanımlar üçün cəmiyyət yaratmaqdır. O cümlədən pandemiyadan öncə keçirilən "Qadın istərsə" xeyriyyə tədbirinin iştrakçısı olan, komandaya ilk qoşulan xanım Zərifə Babayevanında həyat hekayəsi ilə tanış olacaqsız.  O, hal-hazırda Sumqayıt şəhərində yaşayır. 30 yaşında qəza nəticəsində iki ayağını itirmişdi və yoldaşı onu tərk edəndən sonra üç övladını tək yetişdirməyə başladı. 30 ildən çoxdur ki, ev şəraitində şirniyyatlar hazırlayır və ailəsini satışlardan olan gəlirlərlə dolandırır.