Pandemiya və distant təhsil

  • 00:15 01.12.2020
  • 905
Pandemiya və distant təhsil

Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa bir-birimizlə canlı ünsiyyət qurmaqdan ehtiyat edəcək, həyat dolu günlərimizdən uzaq düşəcəyik.  Artıq neçə aydır ki, insanın-insandan qaçdığı bir dövrü yaşamaqdayıq.  Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də məlum vəziyyətlə bağlı təhsil sahəsində yaşanan çətinliklərdir. 2020-ci ilin martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Neçə müddətdir ki, şagird səsinə həsrət qalan məktəblərdə,  boş sinif otaqlarında səssizlik hökm sürdü. pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin  reallaşdırdığı layihələr  problemlərin həllinə  müvəffəq olundu. Nazirlik tərəfindən teledərslərə start verilməsinin, “Virtual məktəb” layihəsinin həyata keçirilməsinin, təhsilalanların təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rolu oldu. 

Keçdiyimiz bu 6 ay bizə onu da sübut etdi ki, istər teledərslər, istər onlayn dərslər məktəblilər üçün üz-üzə təhsilin yerini verə bilmədi. Çünki aşağı yaşlı şagirdlərin kompüter qarşısında saatlarla oturmasına baxmayaraq, mənimsəmə ürəkaçan olmadı.  Müsahibimiz kimya və bilogiya müəllimi Təranə İsmayılova distant təhsil haqqında öz fikiri ilə bölüşdü

Bildiyimiz qədər şagirdlər üçün yeni olan bu layihə təbii ki müəyyən narahatlıqlar yaratdı, o cümlədən müəllimlərədə pandemiya dövründə distant təhsili tədris etmək o qədərdə rahat olmadı. Məsafədən təhsil müəllimlər üçün hansı mənfi və müsbət cəhətləri yaratdı?