Virtual məktəb və reallıq

  • 21:31 01.12.2020
  • 749
Virtual məktəb və reallıq

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirmişdir. Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan höküməti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın geniş yayılmasının qarşısını almışdır..

Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 18 may 2020-ci il tarixli 179 nömrəli qərarına əsasən lazımi tədbirlər görülməkdə davam edir. Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlərin bir istiqaməti təhsilin fasiləsizliyinin təmin edilməsidir. Lakin bütün səylərə baxmayaraq fors-major hallarla qarşılaşmaq qaçılmaz oldu.  Müsahibimiz Kamran Əsədovla bu mövzu ətrafında bəzi məqamlar və problemlər haqqında həmsöhbət olduq.

 

Tədris dayanandan sonra dərslərin davamlığını və axarlığını təşkil etmək məqsədi ilə təhsil nazirliyi teledərs layihəsini həyata keçirtdi. Beləliklə, orta ümumtəhsil məktəblərimiz ənənəvi formadan televiziya formatına keçirilərək dəslərin axarlığı təmin olundu.

Teledərslər vasitəsi ilə bütün dərslərin tədrisi yox, yalnız zəruri akademik biliklər özündə əks ertdirən fənlər tədris  edilirdi. Müəllimlər 15 dəqiqə ərzində  hər fəndən siniflər üzrə informasiya verirdi. Aprel ayının ikisindən təhsil nazirliyi yeni virtual məktəb layihəsi həyata keçirtdi.