Müəllim peşəsinə yeni baxış. VİDEO

  • 23:28 16.12.2020
  • 1225
Müəllim peşəsinə yeni baxış. VİDEO

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirmişdir. Bu dövrdə fədakarlıq göstərən peşə sahibləri insanların sağlamlığını təmin edən həkimlərlə yanaşı, şəxsi qayğılarını kənara qoyaraq təhsilin fasiləsizliyini təmin edən müəllimlər oldu. Müəllimlər elektron sistemlərdən, platformalardan istifadə edərək onlayn dərslər təşkil etdilər, proqram materiallarının mənimsənilməsinə səy göstərdilər, şagirdləri ilə ünsiyyətdə oldular və tədris ilinin uğurla başa çatdırılmasına zəmin yaratdılar. Lakin, pandemiya ölkəmizdəki təhsil sistemində çalışan peşə sahiblərinədə təsirsiz ötüşmədi.  

Mediamız bü günki müsahibi rus bölməsinin ibtidai sinif müəllimi Nigar Mustafazadədir.   

  • Nigar xanım, müəllim olaraq pandemiya sizin üçün hansı çətinlikləri yaratdı?

Müəllim olaraq çox saylı çətinliklərlə qarşılaşdıq əvvəla cihazların işləməsi, kompyuterin internetə girişi çıxışı, internetin sürəti, yəni ki uşaqları dərsə "zoom" ilə qoşurduq sonra "microsoft teams" platforması ilə qoşulmağa başladıq, hər ikisindədə problemlər yaşanırdı.

  • Karantin müddətini necə keçirirsiz?

Karantin dövrünü kompyuter arxasında keçirtmişəm, keçirdirəm və belə baxıramki keçirdəcəm. Səhər 8 dən dərslərimiz başlayır günümüzü demək olarki dərslərlə keçiririk.   

 

Pandemiya müəllimlərə onlayn dərslərin keçirilməsində  daha hansı çətinliklər yaratdığını ətraflı  video müsahibədə izləyə bilərsiniz...