Azərbaycanda ilk Etno-Art Muzey Mərkəzi Reportaj

  • 21:48 07.12.2021
  • 973
Azərbaycanda ilk Etno-Art Muzey Mərkəzi Reportaj

 

7 dekabr Xəzər rayonun Şağan qəsəbəsində Azərbaycanda ilk etno-art "XƏZƏR" Muzey Mərkəzinin rəsmi açılışı olub. Tədbir respublikanın əməkdar rəssamı Rais Rəsulzadənin 75 illik yubileyinə həsr olunmuş sərgi ilə açıq elan olunub. Açılışda iştirak edən Rais Rəsulzadə, Məryəm Əlibəyli, Arif Buzovnalı, Təvəkkül Səlimov və bir çox elm və incəsənət nümayəndələri çıxışlarında muzeyin istifadəyə verilməsini Azərbaycan tarixi üçün böyük töhfə adlandırıb və muzeyin fəaliyyətinə uğurlar arzulayıblar. Siyavuş Əlizadənin təsisçisi olduğu etno-art "XƏZƏR" Muzey Mərkəzində 12 mindən çox müxtəlif növ eksponat mövcuddur. Daha ətraflı videoreportajda.