Azərbaycanın Xalq Artisti və Dövlət Mükafatı laureatı, əslən Maştağalı aktyor, rejissor, komik və dramatik rolların məharətli ifaçısı Yaşar Məmmədsadıq oğlu Nuriyevin 70 illiyinə həsr olunmuş xatirə gününə qəsəbə sakinləri toplaşmışdı. Yubiley tədbirində Yaşar Nurinin tələbələri, tərəf müqabilləri, dostları və ailəsi onunla bağlı xatirələrini bölüşdülər. Qızı Ülkər Nuriyevanın və həyat yoldaşı Rəhimə xanımın Maştağalı qohumluqları ilə əlaqədar söhbətləri xüsusi yadda qalan oldu. Həmçinin, Xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Elza Seyidcahan, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov və başqa sənət adamları tədbirə maraq qataraq coşquyla qarşılandılar. Qeyd edək ki, Maştağa Mədəniyyət Mərkəzində Təşkil olunmuş tədbir Bakı Şəhər Mədəniyyət baş idarəsinin dəstəyi ilə baş tutdu.