Balaxanı

Balaxanı

Balaxanı Bakının şimal-şərqində, Sabunçu rayonu ərazisində şəhər tipli qəsəbədir.Ərazisi 19 km² , əhalisi isə 14300 nəfərdir.(2018)

Yazıçı Qılman İlkin Balaxanı adını "Bakı və bakılılar" kitabında "bala" – yuxarı, hündür, "xana" – ev anlamında qeyd edir. Kənd sakinləri də eynilə bu ada yuxarı ev anlamını verirlər.
Digər ehtimal isə kəndin əsasını qoyan Bəli xanın adı ilə bağlıdır.

Abşeronda neft istehsalından əvvəlki dövrdə Balaxanı əhalisinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, bostançılıq və maldarlıq olmuşdur.
XIX əsrin 70 - ci illərindən başlayaraq Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır.

1898-ci ildə Balaxanı kəndində Azərbaycanda ilk dəfə olaraq qısametrajlı "Balaxanıda neft fontanı" filmi çəkilmişdir. Həmçinin ölkədə ilk futbol oyunu 1910-cu ildə Balaxanıda balaxanılılar və ingilislər arasında keçirilib.

Vaxtilə kənddə Ramana qalasına bənzər, qala da olub. Təəssüf ki, həmin qala hazırda mövcud deyil.
Tarixi və mədəni abidələrlə zəngin olan qəsəbədə son illərdə turizmin inkişafı üçün bir sıra işlər aparılmaqdadır.Xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, kiçik suvenir, keramik qablar, xalça, musiqi alətlərinin istehsalı və satışı üçün yeni imkanlar yaradılır.

Hazırda qəsəbədə 3 məktəb, mədəniyyət evi və kitabxana , bələdiyyə , maşınqayırma zavodu  və poliklinika fəaliyyət göstərir.

Memarlıq və tarixi abidələri
Şah Səfi karvansarayı - (XVII əsr)
Ovdan-  (XIV əsr)
Şakir ağa türbəsi - (1427-1428)
Qum hamamı - (XV - XVI əsr)

Tanınmış şəxsləri
Cahangir Cahangirov - bəstəkar
Oqtay Murtuzayev - xalçaçı rəssam
Lidiya Rəsulova - Azərbaycan Təhsil Naziri (1993 -1997)
Elmira Qafarava - Azərbaycan Respublikasının dövlət xadimi
İlhüseyn Hüseynov - General- Mayor