Sabunuçu rayonu Bilgəh qəsəbəsi Bakının şimal-şərqində, Xəzər dənizinin sahilində yerləşir. Ərazisi 21 kv km olan qəsəbə Maştağa, Nardaran, Kürdəxanı kəndləri ilə əhatə olunub.
Görkəmli tarixçi Sara Aşurbəyli əsərlərində Bilgəh sözünün Bilgəh adlı türk tayfasının adından yaranmasını qeyd edir.
Bəzi mənbələr bu adı bataqlıq yer anlamına gələn “bil-gəh” kəlməsi ilə əlaqələndirir.
Bir çox tarixçi isə bu adı ipək istehsal edilən yer anlamında olan “piləgah” sözündan yarandığını ehtimal edir.
Digər bir versiya böyük türk xaqanı Bilgə xanın ad ilə bağlıdır.
Orta əsrlərdə Bilgəhin ,Xəzər dənizində ticarət əhəmiyyətli limanlardan biri olmasını 1579-1581-ci illərdə Xəzərsahili vilayətlərə səyahət etmiş İngilis səyyahı Xristofor Berrou yazılarında qeyd etmişdir.
Vaxtilə xalçaçılığın, ipəkçiliyin və toxuculuğun inkişaf etdiyi Bilgəhin indiki sakinləri əsasən əkinçilik və gülçülüklə məşğul olurlar.Saf ab-havası ilə fərqlənən qəsəbə keyfiyyətli Zəfəranı ilə məşhurdur.
Memarlıq və tarixi abidələri
Ümidqaya abidəsi (e.ə. III minillik)
Qala (XII-XIV əsr)
Əbdül məscidi (XIV əsr)
Leyla xanım türbəsi (XIII-XIV əsr)
Sadıq məscidi (XVIII əsr)
Qum hamamı (XVII-XVIII əsr)
Baği hamamı (XIII-XIV əsr)
Əlbəndə hamamı (XIX əsr)
Karvansara ( XVII əsr)
Tanınmış şəxsləri
Sovet Ordusunun qvardiya mayoru -Əliheydər İbrahimov
Bəstəkar, pianoçu - Tofiq Quliyev
Şair, publisist- Zeynal Cabbarzadə
Şərqşünas, akademik - Əbdülkərim Əlizadə
İqtisad elmləri namizədi - Fərrux Zeynalov