Bakının Xəzər rayonuna daxil olan Buzovna qəsəbəsinin ərazisi 39,06 kv km ,əhali isə 31799 nəfərdir.(2019)
Abşeronun şimal - şərqində yerləşən Buzovna yarımadanın ən böyük yaşayış məntəqələrindən biridir.Adının etimologiyası ilə bağlı bir çox versiya mövcuddur.
Buzovnanın qədim türk tayfalarından biri olan Boz Oğuzların adı ilə bağlı olması ehtimal olunur.
Bununla yanaşı Bəzanə yəni bər-bəzəkli və buzov- na yəni buzov saxlanılan yer versiyalıra da var.
Həmçinin bəzi tədqiqatçılar bu toponimin farsca "suya girən burun" anlamına gəldiyini bildirirlər.
Buzovnada köçəri tayfalar eramızdan əvvəl üçüncü əsrdə yerləşməyə başlayıb.Vaxtilə burada insanların məşğuliyyəti taxılçılıq, maldarlıq və balıqçılıq olub.Hazırda isə kənd əhalisi əsasən əkinçilik və bostançılıqla məşğul olurlar.
Qəsəbədə orta məktəblər, mədəniyyət mərkəzi,kitabxana,peşə və musiqi məktəbləri fəaliyyət göstərir.
Memarlıq və tarixi abidələri
III əsrə aid Nəsrani Məscidi ( Tərsa piri)
Qara paltar piri (1306-cı il),
Bürc-qala (XV-XVI əsrlər),
Xəlifə Əli və Mühəmməd Mömin türbəsi (XVII əsr)
Sahibəz-Zaman məscidi (XVII əsr)
XIX əsr İmam Həsən və Məşədi Qərib məscidi
Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri.
Həzrəti Əli Qədəmgahı ziyarətgahı (Əli ayağı),
Hun qəbiristanlığı
El hamamları - “Təhməzov”, “Capayev”, “Hacı Nurəli” və “Məşədi Veysəl”
Tanınmış şəxsləri
Akademik Ziyad Səmədzadə
Bəstəkar Aygün Səmədzadə
Sənətşünas- Arif Əsədullayev
Qəzəlxan Arif Buzovnalı
Aktrisa -Nəsibə Zeynalova
Aktrisa-Məcibə məlikova