Kürdəxanı

Kürdəxanı

Kürdəxanı qəsəbəsi Bakının Sabunçu rayonuna daxildir. Pirşağı, Zabrat, Maştağa qəsəbələri və Abşeron rayonu ilə qonşu olan Kürdəxanının ərazisi 27.3 kv-km, əhalisi isə 6600 nəfərdir.(2018)

Qəsəbənin adının "korda" və "xana" sözlərindən yaranması ehtimal olunur. Bu isə "bıçaq düzəldilən yer" anlamına gəlməkdədir.
Kənddə qədimdən bəri  "bıçaqçı yolu" adlandırılan yolun olması bu versiyanı təsdiqləyir.

Aşkarlanan məişət səciyyəli müxtəlif qablar, təsərrüfat alətləri , silahlar və digər tapıntılara əsasən kənddə yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir.
Kənddə palçıq vulkanları və hazırda istifadəyə yararsız duz gölü mövcuddur.
Tarixən əhalinin əsas məşğuliyyəti sənətkarlıq xüsusən dəmirçilik, müasir dövrdə isə əkinçilik, bağçılıq və heyvandarlıqdır.

Hazırda qəsəbədə orta məktəb və bağça, poliklinika, mədəniyyət evi və kitabxana, qəsəbə nüməyəndəliyi və ATS fəaliyyət göstərir.

Memarlıq və tarixi abidələri
Cümə məscidi - (1444-cü il)
Soltan Əli məscidi - (XIX əsr)
Hacı Zeynal hamamı - ( XVII əsr)
Hacı Cəfərqulu hamamı - (XVI əsr)
Türbə - (XVI əsr)
Hamam - (1905-ci il)

Tanınmış şəxsləri
Şıxəli Qurbanov  - dramaturq, yazıçı, deputat.
Vasim Məmmədəliyev - akademik, BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
Gülşad Baxşıyeva - Azərbaycan aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.
Vamiq Məmmədəliyev - dosent, Azərbaycanın xalq artisti, tarzən.
İlhamə Quliyeva - Azərbaycanın və Dağıstanın xalq artisti.
Baba Pünhan -  şair.
Qoçu Məşhədi Adil - 1918 - ci ildə Bakıda erməni-bolşevik qüvvələrinə qarşı vuruşan dəstə başçılarından biri.