Maştağa, Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbədir.Hazırda 4400 hektar ərazisi ilə Bakının ən böyük yaşayış məskənlərindən biri olan Maştağa qədimliyinə və əhalisinin çoxluğuna görə də (104 min) digər qəsəbələrdən fərqlənir.
Qəsəbənin adı haqqında bir neçə versiya mövcuddur .
Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin qədim türk xalqlarından biri olan Massagetlərin adından yaranması fikrini irəli sürmüşdür.
Bəzi tarixçilər isə Maştağa adının "Məşqətə" yəni məşq edilən yer,və ya "Məşhədi ağa" sözlərindən yaranmasını ehtimal edirlər.
Mənşə etibarı ilə türk olan Maştağa əhalisinin
əsas məşğuliyyəti bağçılıq, əkinçilik və heyvandarlıqdır.
Qəsəbənin üç əsas, mərkəzi məhələlləri Keçənlər, Xunxar,və Seyidlər həm də kəndin ən qədim məhələləridir.Vaxtilə hər məhəllənin demək olar öz qoçusu olub.Həmin qoçular 1918-ci ildə qoçu Əzizin başçılığı ilə erməni-bolşevik hücumlarını məharətlə dəf etməklə tarix yazılıblar.
Maştağa Bakıda ən çox məscidi olan qəsəbədir.Tarixi mənbələrdə Maştağada ümumilikdə otuz altı məscidin olması,həmçinin üç əsas qum,şamxal və məmmədrza hamamlarıda daxil olmaqla otuza yaxın hamamın və iyirmi bir su ovdanının olması qeyd olunur.
Bakı xanı Dərgahqulu xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir.Qəsəbədə pirlər, türbə və çox sayda qəbirüstü kitabə abidələr mövcuddur.
Tədqiqatçılar qəsəbənin daha qədim tarixə malik olduğunu bildirirlər.Təəssüfki tarix boyu yadelli işğalçıların basqını və güclü zəlzələlər qədim tarixi abidələrin əksəriyyətinin dağılmasına səbəb olmuşdur.
Hazırda qəsəbədə 8 məktəb, 7 baxça, musiqi və peşə məktəbləri,botanika institutu,2 kitabxana, poliklinika, xəstəxana, norkoloji mərkəz, ruhi əsəb dispanseri, somatoloji uşaq sanatoriyası,internat məktəbi, aeroloji və kinoloji mərkəzlər fəaliyyət göstərir.
Memarlıq və tarixi abidələri
Qədim Cümə məscidi - ( XVII əsr)
Hacı Aydəmir məscidi - (XIX əsr)
Hacı Əziz məscidi - ( XIX əsr)
Gövhər Bikə məscidi - ( XIX əsr)
Hacı Aslan məscidi - ( XX)
Qum hamamı - (XI əsr)
Şamxal hamamı - (XIX əsr)
Əmiraslan ovdanı - (XIX əsr)
Aqil Baba piri - (~)
Tanınmış şəxsləri
General-mayor - Heybət Heybətov
Xalq artisti, aktyor - Yaşar Nuri
Xalq artisti,xanəndə - Əlibaba Məmmədov
Yazıçı, jurnalist - Salam Qədirzadə
Nizamişünas,alim - Əhmədağa Əhmədov
Azərbaycanın ilk peşəkar fotoqrafı - Mircavad Axundzadə