Novхanı

Novхanı

Novxanı qəsəbəsi Bakının Abşeron rayonuna daxildir.Ərazisi 26,97 kv km əhalisi isə 8350 nəfərdir (2013)

Tarixçilər Novxanının tarixini 500 il öncə Siyanşor gölünün ətrafında mövcud olmuş Siyan kəndi ilə əlaqələndirirlər.9-16-cı əsrlərdə mövcud olmuş bu kəndin adı yanmaq və ya tüstü,his mənalarında yozulur.Dəniz suyunun artması,bəzi mənbələrə görə isə güclü zəlzələ nəticəsində batmış bu kəndin əhalisi indiki Novxanı ərazisində məskunlaşmışdır.Bu səbəbdən burada çoxlu sayda yeni evlər tikilmiş və kəndin adı farsca yeni evlər anlamına gələn Novxanı adlandırılmışdır

Yarımadanın şimal hissəsində yerləşən Novxanı kəndinin əhalisi tarixən maldarlıq, əkinçilik, üzümçülük, balıqçılıq, toxuculuq, dülgərlik və  dəmirçilik işləri ilə məşğul olmuşlar.

Hazırda qəsəbədə 2 orta məktəb, kitabxana, musiqi məktəbi, kənd sənətkarlıq klubu, 2 uşaq bağçası, poliklinika, poçt, ATS, və 2 məscid fəaliyyət göstərir.

Memarlıq və tarixi abidələri
Şah Soltan Hüseyn məscidi (XVII əsr)
Hacı Səfəralı məsçidi (XIX əsr)
Axund Əbil sərdabası (XIX əsr)
Hacı Səfəralı hamam (XIX əsr)
Həmzə Məscidi (1994-1996)
Məhəmməd Əmin Rəsulzadənin evi
Məşhədi İbad hamamı (~)
Hacı Qulu piri (~)
Ceyran Baba piri (~)

Tanınmış şəxsləri
Azərbaycan Xalq Cümhuriyyətinin banisi -Məhəmmədəmin Rəsulzadə
Professor - Lütfi Zadə
Rəssam  - Oqtay Sadıqzadə
Rəssam - Əzim Əzimzadə
Sovet İttifaqı Qəhrəmanı-  Mehdi Hüseynzadə
Azərbaycan daxili işlər naziri ( 1978-1987)- General Leytenant Cəfər Vəliyev
Xalq şairi - Süleyman Rüstəm
Bəstəkar - Aqşin Əlizadə