Pirşağı

Pirşağı

Pirşağı qəsəbəsi Bakının Sabunçu rayonunda yerləşir. Ərazisi 19 kv.km,əhalisinin sayı 7000 nəfərdir.(2018)

Tarixçilər Pirşağı sözünün Piri-Şahin sözündən əmələ gəldiyini ehtimal edirlər.Rəvayətə görə kəndin Tataz pirində möcüzəvi müalicə qabiliyyəti ilə insanları sağalda bilən Şahin adlı şəxs yaşamışdır.Tataz pirində olan qədim qəbirin ona məxsus olduğu ehtimal olunur.
Başqa rəvayətlərə görə pirdən körpə uşaq tapıldığına görə el arasında bu uşağa Pir-uşağı və ya pir ətrafında ilk yaşayanlara Pir-uşaqları deyilməsi ilə əlaqələndirilir.
Bununla yanaşı şahın piri anlamında Piri-şahı və
ərəb mənşəli Pir üşşaqları yəni Pir aşiqləri versiyalırıda vardır.

Ərazisinin böyük hissəsini Xəzər dənizi sahili təşkil edir. Pirşağıda məskunlaşma bir neçə mərhələdə olmuşdur. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə yaxın yerlərdə məskunlaşmışlar.Lakin güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və hazırki Pirşağının ərazisində məskunlaşmışlar.

Qəsəbədə yerləşən Tataz piri qədimdən dəri xəstəliklərinin müalicəsi ilə məşhurdur.Hətta müasir dövrdə də bu pirə müalicə məqsədilə gələnlər var.
Pirşağı əhalisi qədim dövrlərdən balıqçılıq, bağçılıq və bostançılıqla məşğul olmuşdur.Suvarma sistemi olmadığı üçün əsasən dəmyə bağ və bostanlar salınmışdır.Bağlarda əsasən üzüm, əncir, tut, iydə ağacları əkilmişdir.

Hazırda Pirşağıda 4 məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, kitabxana, müasir tipli ambulatoriya, təcili yardım məntəqəsi, 2 poçt və 2 ATS ,“ Qızıl Qum” və “Gilavar” Sanatoriyaları fəaliyyət göstərir.

Memarlıq və tarixi abidələri
Şahverdi hamamı (XIX əsr)
Tataz piri ( XVII əsr )-
Cümə məscidi ( XVII əsr)

Tanınmış şəxsləri
Təyyarəçi - Hüseynbala Əliyev
Kosmanavtika üzrə mütəxəssis -  General-leytenant Kərim Kərimov
Qafqaz müsəlmanlarının ilk şeyxi - Ağa Əlizadə
Akademik - Xoşbəxt Yusifzadə
Geoloq alim  - Akif Əlizadə
Siyasətçi - Əjdər Məlikov