Ramana

Ramana

Ramana qəsəbəsi Sabunçu rayonu ərazisində yerləşir.Ərazisi 28 kv-km, əhalisi isə 12800 nəfərdir.(2018)
Tədqiqatçı Sara Aşurbəylinin fikrincə Ramananın əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma İmperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub.

Qəsəbənin adı ilə bağlı bir çox versiya mövcuddur.
Bəzi tarixçilər kəndin yüksək yerdə olduğuna əsaslanaraq bu adın, uzaqdan görünüb cəlb edən anlamına gələn  "Ram-ram" sözündən yarandığını bildirir.
Bəziləri isə insanların uzaqdan yolun istiqamətini Ramana qalasına nəzərən təyin etdiyinə görə bu yerin "Rahi - nüma" yəni yol göstərən versiyasını irəli sürür.
Digər iki versiya isə rahatlıq məkanı anlamında "Rəhmanı" və Rahmani sülaləsinin adı ilə bağlıdır.

Kəndinin sakinlərinin əsas məşğuliyyəti tarixən əkinçilik və maldarlıq olmuşdur.Neft sənayesi inkişaf etdikdən sonra isə torpaqların böyük hissəsi əkinçilik üçün yararsız hala düşmüşdür.
Kəndin şərqində daş və çınqıl karxanaları olub. Hazırda daş karxanaları fəaliyyətdədir.

Neft mədənləri arasında yerləşən Ramana kəndi tarixən Bakının neft sənayesi mərkəzlərindən sayılıb.
Ramananın neftlə zəngin torpağına kapital qoyan ilk yerli milyonçu Şəmsi Əsədullayev, ilk əcnəbi sahibkarlar isə Rotşild və Nobel qardaşları idi.Onların fəhlələr üçün tikdirdiyi evlər bu gün də qalır.

Hazırda qəsəbədə orta məktəb, poçt, ATS
kitabxana, bələdiyyə, icra nümayəndəliyi, fəaliyyət göstərir.

Memarlıq və tarixi abidələri
Ramana qalası - (XII -XIV əsrlər)
Xəlifə Əli məscidi - (XVII əsr)
Qurban məscidi (XX əsr)
Nəriman məscidi  - (XX əsr)
Qayaüstü təsvirlər - (e.ə II - III minillik )
XX əsrə aid iki hamam

Tanınmış şəxsləri
Səlim Qasımov - Azərbaycan SSR yerli sənayesi komissarı, Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatı
Eynulla Ağayev - nasir
Süleyman Vəliyev - nasir
Baba Babazədə - geoloq
Zinaxanım Salamzadə - inşaatçı
Ayətullah Əllamə Şeyx Hüseyn Ramanayi