Şağan

Şağan

Şağan qəsəbəsi Bakının Xəzər rayonuna daxildir.Sahəsi 4,24 kv km  əhalisi isə 3554 nəfərdir.(2019)
Qəsəbə şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə və Qala qəsəbələri ilə həmsərhəddir.

Bəzi etnoqraflar Şağan toponiminin “şah” - “böyük” sözündən və “an” - məkanlıq şəkilçisindən ( böyük kənd ) əmələ gəldiyini iddia edir.
Q.Qeybullayev bu toponimi «sak» tayfaları ilə əlaqələndirir və Şağan sözünü «Sakan» adlı tayfanın adının təhrif olunmuş forması kimi izah edir.
Xalq etimologiyasına görə isə kəndin adı vaxtilə burada yaşamış Şahxan adlı şəxsin adı ilə bağlıdır.

Qəsəbədə tunc dövrünə aid qayaüstü Günəş, Ay, təsərrüfat və məişət əşyalarının təsvirləri kəndin qədim yaşayış yeri olduğunu sübut edir.
Tarixən şağanlıların əsas məşğuliyyəti əkinçilik, bostançılıq, bağçılıq, maldarlıq və sənətkarlıq olmuşdur.
Qəsəbənin tarixi-memarlıq abidələrinə məscid, pir və ovdanlar və XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilmiş 24 metr hündürlükdə olmuş dördbürclü qala da daxildir.Lakin təəssüf ki hazırda qalanın yalnız bir bürcü salamatdır.

Qəsəbədə tam orta məktəb və bağça ,mədəniyyət mərkəzi və kitabxana, pansionat , 3 saylı internat evi, Şağan Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.

Memarlıq və tarixi abidələri
Şağan qəsri - (XII əsr)
(Hal hazırda qalanın bir bürcü mövcuddur.)
Qubala-türbəni (alban abidəsi) - (XIV əsr)
Qərib piri (XVII əsr)
Qədim Məscid - (XIX əsr)
Sərdabələr (amanat qəbirlər) (XIV-XV əsrlər)
İmam Museyi Kazım Məscidi
Mədrəsə - (XIX əsr)

Tanınmış şəxsləri
SSRİ və Azərbaycanın ilk qadın səfiri və diplomatı - Sima Eyvazova
Şərqin ilk peşəkar balerinası -Qəmər Almazzadə
İlk qadın geoloq-neftçi - Minurə Məmmədbəyova
Xalq artisti -Hamlet Xanızadə
Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri  - Məmməd Yusif Cəfərov
Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru, elmlər doktoru - Hacibəy Sultanov