Şüvəlan

Şüvəlan

Şüvəlan Bakının Xəzər rayonuna daxil olan qəsəbədir. Qəsəbənin ərazisi 33,27 kv km ,əhalisi isə 19362 nəfərdir (2019)

Şüvəlan tarixən Qalalıların bağ yerləri olmuşdur. Yay fəslində Qala kəndinin əhalisi dincəlmək və qışa tədarük görmək üçün Şüvəlan bağlarına köçərmişlər.

Qəsəbənin adı ilə bağlı üç versiya mövcuddur.
Orta əsrlərə aid bəzi sənədlərdə bu yaşayış məntəqəsinin adı "Şivəlan" kimi göstərilir.
Bir çox tarixçilər bu adın coğrafi şəraitlə əlaqədar yarandığını ehtimal edirlər.Şüvəlanın bir çox yerində dənizə tərəf enişlərin olması bu yerlərin "Şivəlan"  yəni enişli məkan (farca  “şiv ” eniş) adlanmasına səbəb olmuşdur

Digər ehtimal isə vaxtilə bağlıq ərazi olması və burada uzun ağacların çox olmasına görə  "Şüvülan" yəni uzun və düz ağacların olduğu yer kimi adlandırılmasıdır.a

Ehtimallardan biri də bu yerlərin çox gözəl olduğuna görə şahlara layiq yer anlamında  “Şaholan”  və ya "Şahvəlan" adlanması və zaman keçdikcə “Şüvəlan”a çevrilməsidir

1960-cı illərdə Şüvəlanın Bəndüstü adlanan ərazisində arxeoloji qazıntı işləri zamanı saxsı qab qırıntıları, daş alətlər, ocaq, kül və heyvan sümükləri, həmçinin divar qalıqları aşkar edilmişdir. Divar qalıqlarının üzərində müxtəlif insan, heyvan və ov təsvirləri hələ tunc dövründən burada yaşayış olduğunu sübut edir.

Tarix boyu Şüvəlanda insanlar əsasən bağçılıq və gülçülüklə məşğul olmuşlar.
Yerdən çıxan içməli su əkinçilik üçün də şərait yaratmışdır.
Tarixçilər on səkkizinci əsrin birinci yarısında  Abşeronun Şüvəlan kəndində xeyli miqdarda pambıq əkildiyini yazır.
Abşeronda becərilən pambığın çox hissəsi Şüvəlanın hesabına düşürdü.
Həmçinin Lerixs Şüvəlanda zəfəranın da becərildiyini qeyd etmişdir.
 
Hazırda qəsəbədə 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 4 saylı Uşaq Somatik və  "Yaşıl Bağ" Sanatoriyaları ,7 orta ümumtəhsil məktəbi və mədəniyyət mərkəzi fəalliyyət göstərir.
Həmçinin dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri yerləşir.

Memarlıq və tarixi abidələri
Mir Mövsüm Ağa ziyarətgahı (XX əsr)
Şüvəlan mayakı (IX əsr)
Cümə məscidi (~)

Tanınmış şəxsləri
Şair - Almas İldırım
Publisist alim - Ruhulla Axundov
Şərqşünas - Cümşüd Muradov
Qarabağ şəhidi- İlqar Muradov