Bakının Xəzər rayonuna daxil olan Türkan qəsəbəsinin ərazisi 40,22 kv km əhalisi isə 12375 nəfərdir. (2019)
Tarixçilər birmənalı olaraq qəsəbənin adını burada məskunlaşmış Türk tayfalarının adı ilə bağlayırlar.Bəzi mənbələrdə Türkənd kimi də işlədilir. Ancaq həm Türkan həm də Türkənd "türklərin yaşadığı yer" anlamına gəlir.
Qəsəbənin qədim qəbiristanlığında olan qəbirüstü yazılar həmiçinin "Kurqanlar çölü" adlandırılan ərazidəki tunc dövrünə aid edilən kurganlar və daş yollar qəsəbənin qədimliyini sübut edir.
Bu kurganlar və daş yollar haqqında A. Bakıxanov və 1723 - cü ildə Abşeronda olmuş İ.Lerx öz əsərlərində məlumat vermişdir.
Qəsəbənin sakinləri tarix boyu əsasən bostançılıq və balıqçılıqla məşğul olmuşlar.
Hazırda qəsəbədə poliklinika, 1 saylı vərəm sanatoriyası ,məktəblər, mədəniyyət mərkəzi və kitabxana fəaliyyət göstərir.
Memarlıq və tarixi abidələri
İmam Hüseyn Məscidi (lX əsr)
Əlibaba piri (~)
Seyid Rza Ağa ziyarətgahı (~)
Əli-ayağı ziyarətgahı (~)
Türkan Bağ məsçidi (~)
Tanınmış şəxsləri
Xanəndə- Ağaxan Abdullayev
Qarabağ şəhidi- Cəbrayılov Dərdayıl
Xalq artisti,tarzən - Zamiq Əliyev