Zirə

Zirə

Zirə qəsəbəsi Bakının Xəzər rayonuna daxildir.Sahəsi 87,34 kv km əhalisi isə 12316 nəfərdir. (2019)
Qəsəbə üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə olunub.Qurudan isə Qala və Türkan kəndləri ilə qonşudur.

Qəsəbənin adının yaranmasıyla bağlı müxtəlif versiyalar mövcuddur.
Bəzi mütəxəssislərin fikrincə "Zirə" sözü ərəb mənşəli "cəzirə" (ada)  sözündən yaranmışdır.
Bir qismi tarixçilər kəndin adını tarix boyu burada çox becərilən Cirə (Zirə) bitkisi ilə əlaqələndirirlər.
Bəzi alimlər isə Zirə toponiminin ərəbcə "Ziraət"  (əkinçilik) sözündən də əmələ gələ bilməsi fikrini irəli sürmüşdür.
Kəndin çökək yerdə olduğuna görə farsca "aşağıda olan yer" anlamına gələn "Zir"  sözündən yaranması versiyasıda mövcuddur.

Kəndin cənub-şərqində  "Qubələ"  adlı yaşayış məskəni mövcud olmuşdur.
Ötən əsrin əllinci illərində bu yaşayış məskəninin xarabalıqları və qəbristanlığı tapılmışdır.Həmin ərazidən tapılmış qədim heykəl bu yaşayış məskəninin eramızdan əvvəl mövcud olduğunu sübut edir.Qəsəbədə müxtəlif əsrlərə aid qəbiristanlıq, məscid və s. abidələr mövcuddur.

Müasir Zirə kəndinin isə təxminən 350-400 il tarixi vardır.
Tarixən kəndin geniş örüş yerləri və əkinçiliyə yararlı torpaqları olub. Bu səbəbdən əhali əsasən heyvandarlıq və əkinçilik,o cümlədən balıqçılıqla məşğul olmuşdur.

Bakı arxipelaqında qəsəbənin adı ilə bağlı dörd ada mövcuddur;
Daş Zirə (Vulf), Böyük Zirə (Nargin), Xərə Zirə (Bulla) və Kiçik Zirə (Qum adası).

Hazırda qəsəbədə iki məktəb,idman kompleksi,
Müalicə-Diaqnostika Mərkəzi, Mədəniyyət Mərkəzi - Eko Park, həmin mərkəzin daxilində kinoteatr, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir.Həmiçinin qəsəbənin ZİRƏ FC futbol klubu vardır.

Memarlıq və tarixi abidələri
Zirə Cümə məscidi - (XIX əsr)
Abşeron mayakı -(XIX əsr)
Hamam (hazırda muzey) -( XVIII əsr)

Tanınmış şəxsləri
Dramaturq,ictimai xadim - Mirzə Bala Məmmədzadə 
Kimya elmlər namizədi - Səyyarə Sadıqova Şərqsünas alim - Xəlil Hüseynov
Neftçi - Əbdülhəsən Babayev